Ermənistanda etirazlar səngimir

A- A A+

NUHÇIXAN xəbər verir ki, üzləşdiyi dərin sosial-iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda ictimai-siyasi vəziyyət də gərgin olaraq qalır. İşğalçı ölkənin Ani və Tavuş vilayətini etiraz dalğası bürüyüb. Əyalət sakinləri yerli qurumlardan problemlərinin həllini tələb edirlər. Ermənistanın yeni hökumətinin başı isə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə qarışıb. İqtidar parlamentdə səs çoxluğuna sahib müxalifətlə razılığa gələ bilməyib.

Ermənistanın Ani vilayətində nümayişçilər administrasiya binasına girişi bağlayıblar. Onlar merin istefasını tələb edirlər. Etirazçılar bildirirlər ki, sakinlərin qayğıları ilə maraqlanmayan rəhbər vəzifəsindən getməlidir. Artak Gevorkyanın istefası tələbi ilə aksiyalar artıq 2 il yarımdır davam edir. Sakinlərin sözlərinə görə, bu dəfə etirazlar son olmalıdır. Narazı kütlə 14 ildir Aniyə rəhbərlik edən merə 72 saat vaxt verib. Admnistrasiyadan isə Artak Gevorkyanın istefaya getməyəcəyi bildirilib. Vətəndaşlardan ərazini tərk etmələri tələb olunub. Bu da narazılıqları artırıb. Etirazçılar qeyd edirlər ki, məsələ merin Respublika Partiyasının üzvü olmasında deyil. Onlar üçün bunun heç bir fərqi yoxdur. Sakinlər sadəcə sosial problemlərini həll edə biləcək mer istəyirlər. Tavuş vilayətinin Udar və Azamur kəndlərinin sakinləri də eyni tələblə aksiya keçirirlər. Etirazçılar icma rəhbərinin özbaşınalıqlarından cana gəldiklərini deyirlər. Məktəb binasını və mədəniyyət mərkəzini mühasirəyə alan sakinlər daha qorxu altında yaşamaq istəmədiklərini bəyan ediblər. Onlar övladlarının təhlükəsizliyinə də zəmanət istəyirlər. Çünki, icma rəhbərinin nəvələri məktəbdə yaşıdları ilə kobud rəftar edir, istədikləri uşağı döyürlər. Valideynlər şikayət edəndə məsələyə polis belə qarışmır. Artıq heç kim məktəbə uşaq göndərmək istəmir. Sakinlərin sözlərinə görə, icma rəhbəri Udar və Azamur kəndlərinin problemlərinin həlindən başqa hər işlə məşğul olur. Etirazların fonunda Ermənistanın yeni hökumətinin başı ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə qarışıb. İqtidar parlamentdə səs çoxluğuna sahib müxalifətlə razılığa gələ bilməyib. Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın növbədənkənar prezident seçkisi keçirmək niyyətindən narazıdır. “Yeni milli yığıncağı küçələrdə formalaşdırmaq olmaz”. Bu barədə Respublika partiyasının parlament franksiyasının rəhbəri Vaqran Baqdasaryan bildirib. Onun sözlərinə görə, Ermənistana müxalifətə layiqli parlament lazımdır. Bunun üçün isə vaxt labüddür. “Kiməsə seçkini tez keçirmək sərf edir deyə bu qərarla razılaşmaq olmaz. Bizi qorxutmaq da lazım deyil”. Sitatın sonu. Baş nazir isə deyib ki, hazırkı mərhələdə Respublika Partiyası özünü qeyri-konstruktiv aparır. Sitat: “Onlar deyirlər ki, parlament seçkiləri 2022-ci ildə keçirilməlidir. Bu, qeyri-konstruktiv yanaşmadır. Növbədənkənar seçkiləri xalq tələb edir”. Paşinyan hesab edir ki, növbədənkənar parlament seçkiləri yaxın 2-3 ayda keçirilməlidir. Bununla o, Köçəryan-Sarkisyan klanından tamamilə can qurtarmaq niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: