“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 7-ci sərhəd zastavasında yeni zabit yataqxanası istifadəyə verilib - VİDEO

A- A A+

Muxtar respublikada sərhədlərin mühafizəsi etibarlı təşkil olunur, bu sahədə kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 7-ci sərhəd zastavasında abadlıq-quruculuq işləri görülüb, yeni zabit yataqxanası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 7-ci sərhəd zastavası 2014-cü ilədək sərhəd məntəqəsi kimi, 2014-cü ildən isə sərhəd zastavası kimi fəaliyyət göstərir. Ali Məclis Sədrinin tapşırığına əsasən bu ilin may ayından 6 kilometr xidmət sahəsini əhatə edən 7-ci sərhəd zastavasında əsaslı təmir işləri həyata keçirilib, yeni zabit yataqxanası tikilib.

Naxçıvan televiziyasının əməkdaşları sərhəd zastavasında görülən işlərlə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: