Batabat gölü ətrafında təmizlik aksiyası keçirilib - FOTOLAR
Muxtar respublikada ekoloji tədbirlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada ictimaiyyət nümayəndələri fəallıq göstəriblər. Məqsəd turizm imkanları geniş olan Batabat ərazisində təmizliyə riayət etmək və ətraf mühitin mühafizəsi işini təbliğ etməkdir. Aksiya iştirakçıları məişət tullantılarını toplayaraq ərazidən kənarlaşdırıb, ətrafda səliqə-sahman yaradıblar.
Qeyd edək ki, hər il Batabat yaylağına minlərlə yerli sakin və turist istirahət üçün üz tutur, mənalı istirahətlərini təmin edirlər. Buna görə də yanğın təhlükəsizliyinə və ətrafda səliqə-sahmanın qorunub saxlanmasına daim nəzarət edilir.
Leyla Cəfərzadə