Azərbaycanın qadınlardan ibarət yığma komandası Yaponiyada baş tutan dünya çempionatında növbəti oyununu keçirib.
NUHÇIXAN-ın məlumatına görə, IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşan millimiz hər 3 setdə rəqibdən üstün olub - 29:27, 25:16, 25-17.
Bu qələbə ilə xalını 4-ə yüksəldən voleybolçularımız qrupda Tailandla 3-4-cü yerləri bölüşür. Yığmamızın yer aldığı C qrupunda 9 xallı ABŞ 1-ci, 8 xallı Rusiya isə ikincidir. İlk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. Xatırladaq ki, millimiz bundan əvvəl Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etmiş, ABŞ və Rusiya idmançılarına isə 0:3 hesabı ilə yenilmişdi.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.