İdmançılarımız uğurlu nəticələrlə Naxçıvana qayıdıblar

A- A A+

Sentyabrın 28-29-da MMA, Qrapplinq və Pankration üzrə Açıq Bakı Çempionatı keçirilib. Hövsan Olimpiya İdman Kompleksində reallaşan turnirdə paytaxt və bölgələrdən olan idmançılar mübarizə aparıblar.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanı təmsil edən “Turan Döyüş Klubu”nun idmançıları çempionatdan uğurlu nəticələrlə geri dönüblər. 

“Turan Döyüş Klubu”dan 7 idmançı yarışa qatılıb. Təmsilçilərimizdən ən yaxşı nəticə Oğuz Məmmədliyə məxsusdur. 8-9 yaş kateqoriyasında 27 kq çəki dərəcəsində olan idmançımız həm qrapplinq, həm də pankration üzrə fəxri kürsünün birinci pilləsində yer alıb.

14-15 yaşlıların mübarizəsində yer alan Fərid Məhərrəmov pankrationda ikinci olsa da, qrapplinq yarışında gözləntiləri reallığa çevirib. Bu növdə dünya ikincisi, dəfələrlə ölkə çempionu olan Fərid açıq Bakı çempionatının da qalibi olub.

10-11 yaşlı qızlar arasında 30 kq çəki dərəcəsi üzrə mübarizə aparan təmsilçimiz Röya Abdullayeva isə qrapplinqdə qızıl, pankrationda isə gümüş medala sahib çıxıb.

Digər təmsilçilərimizdən Bəxtiyar Məhərrəmli bir, Nihad Əliyev, Mirməhəmməd Seyidov və Qadir Əliyev isə hərəyə iki medal qazanmaqla, mükafatçılar sırasında yer alıblar.

Beləliklə “Turan Döyüş Klubu” turniri 4 qızıl, 4 gümüş, 3 bürünc medalla başa vurub. 

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: