Sərgidə 400-ə yaxın əl işi satılıb

A- A A+

Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir. NUHÇIXAN xəbər verir ki, sərgilənən əl işlərindən 400-ə qədəri satılıb.

Qadınların muncuqla, toxunma, yağlı boya, duzla işlədikləri hər bir əl işi sərgi iştirakçılarının marağına səbəb olub. Qarabağlar, Mömünə Xatın, Yusif Küseyiroğlu türbələri, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı əl işləri daha peşəkarlıqla hazırlanıb.

Sərgi-satışa, ümumilikdə, 188 müəllifin müxtəlif janrlarda 2427 rəsm əsəri və əl işi çıxarılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: