Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti və Almaniyanın “Richard Wolf” şirkətinin nümayəndə heyəti təhsil, səhiyyə və turizm məkanlarında olub - VİDEO
Muxtar respublikada olan Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti və Almaniyanın “Richard Wolf” şirkətinin nümayəndə heyəti muxtar respublikamızın bir sıra təhsil və səhiyyə ocaqlarında, eləcə də turizm məkanlarında olublar.
Xatırladaq ki, dünən qonaqlar Naxçıvan Dövlət Universitetində keçirilən kofransda iştirak edib, yeni tədris ilinin ilk dərs saatında Tibb fakültəsinin tələbələrinə müxtəlif aktual mövzulara həsr olunmuş dərslər keçiblər.
Naxçıvan televiziyasının əməkdaşları qonaqların gəzintisi ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov