Ötən ay Dövlət Miqrasiya Xidmətinə 359 müraciət daxil olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 359 müraciətin 129-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 30 əcnəbi  barəsində müvafiq tədbirlər görülüb.       

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı qeydə alınan və icrası təmin olunan 230 müraciətin 52-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Həmçinin ay ərzində müxtəlif fəaliyyət istiqamətlərinə uyğun maarifləndirmə tədbirləri də aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: