Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak edib. Vurğulanıb ki, 1994-cü ildən YUNESKO tərəfindən “Ümumdünya Müəllimlər Günü” tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. Bildirilib ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Məhz buna görə ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.

Çıxış edənlər milli təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq son illərdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları və müasir təhsil kompleksləri tikilib istifadəyə verildiyini, müəllim əməyinin yetərincə qiymətləndirildiyini diqqətə çatdırıblar. Tədbirin bədii hissəsində İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi nömrələri dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: