“Naxçıvan” jurnalının növbəti sayı çapdan çıxıb

A- A A+

İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının növbəti-37-ci sayı çapdan çıxıb. Jurnalın bu nömrəsi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

NUHÇIXAN xəbər verir ki, jurnalın ilk səhifələrində Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu yubileyin Naxçıvanda keçirilməsi ilə bağlı sərəncamları yer alıb. “Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti tədqiqatlarda”, “Azərbaycan Xalq Cumhuriyyəti və Naxçıvan arxiv sənədlərində” bölmələrində Şərqin ilk demokratik respublikasının tarixi, onun siyasi fəaliyyəti, dövlətçilik prinsipləri haqqında geniş məlumat verilir. “Naxçıvan 1918-1920-ci illərdə” bölməsində isə həmin illərdə Naxçıvan və Türkiyənin Anadolu hissəsində yaradılan Araz-türk respublikası və Naxçıvanın həmin illərdəki ictimai-siyasi vəziyyəti öz əksini tapıb.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən jurnal geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: