Sosial qayğıya ehtiyacı olan şəxslər Naxçıvana gəliblər - VİDEO

274

Ölkəmizin digər regionlarında yaşayan və sosial qayğıya ehtiyacı olan 50-dən çox şəxsin, eləcə də şəhid ailəsi üzvlərinin muxtar respublikada növbəti müalicəsi və gəzintisi təşkil olunub.

Onlar yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Səfər müddətində qonaqlar muxtar respublikanın turizm məkanlarında olub, Möminə Xatın türbəsini, Açıq səma altında muzeyi gəziblər. Ekskursiyanın davamında qonaqlar “Əshabi-Kəhf”i də ziyarət edib, nadir dini-tarixi-təbiət abidəsi ilə tanış olublar.

Naxçıvan televiziyasının əməkdaşları qonaqların gəzintisi ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: