MDB ölkələrinin ərazisinin sanitar mühafizəsi və taun xəstəliyinin yayılma riskinin azaldılması məsələlərinə dair Dövlətlərarası elmi-praktik konfrans keçirilib

A- A A+

Sentyabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin ərazisinin sanitar mühafizəsi və taun xəstəliyinin yayılma riskinin azaldılması məsələlərinə dair XVI Dövlətlərarası elmi-praktik konfrans keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forumda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Konfransa, həmçinin Braziliya, Burundi, Venesuela, Vyetnam, Qvineya, Zambiya, İran, Çin, Madaqaskar və Monqolustan nümayəndələri də dəvət edilmişdi. Tədbir iştirakçılarının ümumi sayı 250 nəfərdən çox olub.

Görüşdə təqdim edilmiş məruzələrdə və dərc olunmuş materiallarda təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası, laborator diaqnostikası və profilaktikası sahəsində aktual problemlər işıqlandırılıb, taun və digər təhlükəli xəstəliklərin transsərhəd təbii mənbələrində müasir informasiya, diaqnostika və profilaktika texnologiyalarının tətbiqi əsasında epidemioloji tədbirlər kompleksinin optimallaşdırılmasına dair konkret təkliflər verilib.

Forumda nəzərdən keçirilmiş problemlərin müasir mürəkkəb sanitar-epidemioloji, sosial-iqtisadi və geosiyasi reallıqlar şəraitində konfransın iştirakçısı olan bütün ölkələr üçün prinsipial əhəmiyyəti qeyd edilib.

Konfrans iştirakçıları bildiriblər ki, müasir mərhələdə dünyada davamlı epidemioloji salamatlığın təmin edilməsi yalnız epidemioloji nəzarət və bioloji təhlükəsizlik sahəsində səylərin birləşdirilməsi nəticəsində mümkündür. Beynəlxalq tibbi-sanitar qaydaların reallaşdırılması, əvvəlki konfranslarda sanitar-epidemioloji xarakterli fövqəladə hallara birgə cavab tədbirlərinin təmin edilməsi, epidemioloji nəzarət, ərazilərin sanitar mühafizəsi, bioloji təhlükəsizliyin təmin edilməsi çərçivəsində bütün tədbirlər kompleksinin təkmilləşdirilməsi üzrə qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində Birlik ölkələrində aparılan ciddi iş qeyd olunub.

Konfransın sonunda müvafiq qətnamə qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: