Müəllim ömrü - ŞEİR

A- A A+

NUHÇIXAN Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini və pedaqoqlarımızı təbrik edir. Bu münasibətlə Naxçıvanın tanınmış şairi İbrahim Yusifoğlunun  “Müəllim ömrü” şeirini təqdim edir:

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.

 

Həlimlik gözünün qarasındadı,

Əzizlik qəlbinin parasındadı.

Hər an şagirdlərin arasındadı,

Kövrəlmiş bir səsdi, müəllim ömrü.

 

Günəş hərarətli, dağ vüqarlıdır,

Saçları dalğındı, bəyaz qarlıdı,

Övladlı, nəvəli, gözəl yarlıdı,

Mehriban bir kəsdi müəllim ömrü.

 

Həyatda hər zaman gözləri toxdu,

Ürək ovsunlayan sözləri çoxdu.

Dünyanın varında istəyi yoxdu,

Odlu bir nəfəsdi müəllim ömrü.

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: