“Nurlu karqo” MMC-nin uduşlu lotereyası başa çatıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki "Təbriz" oteldə “Nurlu karqo” MMC-nin uduşlu lotereyasının sonuncu tirajı keçirilib. Muxtar respublikada karqo şirkətləri arasında ilk dəfə olaraq təşkil olunan lotereyanın qalibləri müəyyənləşib.  

Maraqlı keçən gecədə “Nurlu karqo”nun əməkdaşları və münsiflər heyətinin  iştirakı ilə lotereya çəkilişi aparılıb.

Qeyd edək ki, avqustun 1-dən start götürən lotereya 30 sentyabradək davam edib. Lotereyada Türkiyədən və Bakı şəhərindən sifariş edilən bütün bağlamaların sahibləri iştirak edib.

Lotereya müsabiqəsinin son tirajında 12 qalib seçilib. Qaliblərə “Iphone 13 pro” smartfonu, “Apple watch” smart saatı, Türkiyə-Naxçıvan karqo daşımaları üçün 4 nəfərə müxtəlif kuponlar hədiyyə edilib. Həmçinin karqonun xidmətlərindən istifadə edən 6 şanslı müştəri 20, 30 və 40 manat dəyərində kuponlar qazanıb.

Lotereya qaliblərinə mükafatlar növbəti günlərdə təqdim ediləcək.

“Nurlu karqo” MMC sosial şəbəkə izləyicilərini də hədiyyələrlə sevindirib. Belə ki, şirkətin İnstagram səhifəsində aktiv olan izləyicilərə müxtəlif hədiyyələr, eləcə də Bakı-Naxçıvan və əks istiqamətlər üzrə göndəriş kuponu təqdim ediləcək.

Qeyd edək ki, 3 ildir fəaliyyət göstərən “Nurlu karqo” MMC Naxçıvanda 6 filialı ilə keyfiyyəti və xidmət üstünlükləri baxımından fərqlənərək yüksək nailiyyətlər əldə edib. Etibarlı xidməti ilə müştəri məmnuniyyəti qazanan “Nurlu karqo” MMC müştərilərinə Türkiyədən gətirilən bağlamalardan məmnun qalmadıqda geri qaytarmaq şansı da təqdim edir.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: