Azərbaycan demokratik seçkilərin standartlarına həsr edilmiş elmi-praktik konfransda təmsil olunacaq
Azərbaycan “Demokratik seçkilərin standartları barədə MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfransda təmsil ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfrans oktyabrın 6-7-də Sankt-Peterburqda təşkil olunacaq.
MDB Parlamentlərarası Assambleyası Birliyinin İcraiyyə Komitəsi Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası ilə birgə “Demokratik seçkilərin standartları barədə MDB Konvensiyası: beynəlxalq əməkdaşlığın açıq məkanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirir. Konfrans MDB-də demokratik seçki standartları, seçici hüquq və azadlıqları barədə Konvensiyanın imzalanmasının 20 illiyinə həsr olunur.
Konfransa MDB PA-ya üzv dövlətlərin parlamentariləri, MDB-nin nizamnamə orqanlarının, beynəlxalq təşkilatların, dövlət hakimiyyəti və seçki inzibatçılığı orqanlarının, ictimai təşkilatların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyəti, alimlər və ekspertlər dəvət olunublar.
Konfrans çərçivəsində “Demokratik seçkilərin standartları”, “Gənclər seçir”, “Seçkilərin təşkilində ən yaxşı təcrübələr” və “Seçkiləri müşahidə” mövzularında dəyirmi masalar keçiriləcək.
Tavriya sarayının Yekaterina zalında “Seçki prosesində qabaqcıl texnologiyalar” adlı sərgi də təqdim olunacaq.