Bu gün Beynəlxalq Həkimlər Günüdür

A- A A+

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu dəfə həmin gün oktyabrın 3-ə təsadüf edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Sərhədsiz Həkimlər Beynəlxalq Tibbi-humanitar Təşkilatı bu bayramın təşəbbüskarlarıdır. Bu peşə bayramında seminarların, sərgilərin və təqdimatların keçirilməsi planlanır. Həkimlik çətin və məsuliyyətli olub, hələ qədimdən çox dəyərləndirilən, hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir.

Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: