Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.
Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.
Qeyd edək ki, 5 oktyabr tarixdə ilkin məlumata görə yerli vaxtla saat 17:51-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Xoy ərazisində (Naxçıvan seysmik stansiyasından 92 km cənub-qərbdə) maqnitudası 5,1 olan daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10,3 kilometr məsafədə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.
Ümumilikdə, gün ərzində muxtar respublika ərazisində 11 dəfə müxtəlif bal gücündə yeraltı təkanlar qeydə alınıb. Muxtar respublikada dağıntı və tələfat yoxdur.