İlqar Səfərov: Üçtərəfli Bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb

A- A A+

Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ermənilərin 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib.

Qeyd edib ki, 73 nəfəri isə mina və digər qurğuların partlaması, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Qeyd edilən cinayət işləri üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya, 17-si Ermənistan, 5-i Fransa, 1-i isə Gürcüstanın vətəndaşlarıdır.

Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib.

44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçi itkin düşüb, 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib”, - deyə İlqar Səfərov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: