Baş Prokurorluq: Hərbçilərimizlə bağlı sosial şəbəkələrdə yayılan videoçarxların bəzilərinin saxta olması müəyyən olunub

A- A A+

Bəzi ölkələrin və onların səfirliklərinin sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı birtərəfli mövqe tutması bizi narahat edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.

Baş prokuror qeyd edib ki, prosesə müdaxilə ikili standartlardan xəbər verir. Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir.

“İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur. Belə hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də araşdırma aparılır. Bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq”, -deyə Kamran Əliyev bildirib.

Brifinqdə yerli və xarici media nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: