Heydər Əliyev Sarayında keçirilən sərgi-satışda bu günədək 21 min manatlıq əl işi satılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.

Ötən gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin, Dövlət Vergi Xidmətinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Gənclər Fondunun, ümumtəhsil məktəblərinin kollektivləri Heydər Əliyev sarayına gəlib, satışa çıxarılan əl işləri ilə maraqlanıblar. Kollektivlərə sərgi-satış barədə ətraflı məlumat verilib. Bildirilib ki, sərgi-satışa ümumilikdə, 442 şəxsin 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Sakinlərin və qonaqların, eləcə də ayrı-ayrı kollektivlərin istedadlı qadınların və sağlamlıq imkanları məhdud şəxslərin zəhmətinin bəhrəsi olan bu nümunələrə marağı böyükdür. Belə ki, bu günədək 21 min manatlıq 2 mindən artıq əl işi satılıb. Sərgi-satışın sonuncu günündə "Ən yaxşı əl işi” müsabiqəsinin  qalibi mükafatlandırılacaq.

Ziyarətçilər muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələrinə maraqla baxıblar.

Qeyd edək ki, sentyabrın  28-dən başlayan sərgi-satış 10 gün davam edəcək. 

Hafizə Əliyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: