“Badamlı”nın 75 illik yubileyi münasibətilə təşkil etdiyi stimullaşdırıcı lotereyanın 5-ci tirajının qalibləri müəyyən olunub - FOTOLAR
Azərbaycanın ilk milli su markası olan “Badamlı”nın 75 illik yubileyi münasibətilə təşkil etdiyi stimullaşdırıcı lotereyanın ilk mərhələsinin 5-ci tirajının qalibləri müəyyən olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 20 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.
Lotereya çərçivəsində iştirakçılardan 7 nəfər “Iphone 13”, 7 nəfər “Samsung Galaxy-S21” smartfonu, 2 şanslı müştəri noutbuk, 2 nəfər “JBL” qulaqlıq, 2 nəfər isə elektrikli skuter qazanıb. Qaliblər arasında muxtar respublika sakinləri ilə yanaşı, ölkəmizin digər regionlarından olan şəxslər də var.
Sizin də 1 may – 25 dekabr tarixləri arasında hər ay keçirilən stimullaşdırıcı lotereyada müxtəlif dəyərli hədiyyələr qazanmaq şansınız var. İştirak etmək istəyənlər “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu “75il.badamli.az” saytında, həmçinin (055) 575-19-47 votsap nömrəsində qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, stimullaşdırıcı lotereyanın növbəti tirajı oktyabrın 30-da "Badamlı”nın sosial şəbəkə hesablarında canlı yayım vasitəsilə keçiriləcək və nəticələr canlı yayımda elan ediləcək. Ümumilikdə, lotereyada 225 uduş və ilin sonunda böyük priz-avtomobil oynanılır.
Leyla Cəfərzadə