Dünyada bənzəri olmayan təbii şəfa ocağı - VİDEO

A- A A+

Sirli-sehirli diyar, bəşəriyyətin beşiyi Naxçıvan! Bu gözəlliyi daha da möcüzəvi edən təbiət incilərindən biri də Duzdağdır. Təbii şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzi hər il dünyanın dörd bir yanından gələn minlərlə insana qucaq açır, şəfa bəxş edir.

Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duzun tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılıb. 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma, ağciyər və digər tənəffüs yolları xəstəlikləri effektiv müalicə olunur.

Naxçıvan televiziyasının əməkdaşları təbii şəfa ocağı Duzdağdan videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: