Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğuna məlumat daxil olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.