Kəngərli rayonun məktəbləri payız-qış mövsümünə hazırlaşır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli  rayonunda 12 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar və 1 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinin payız-qış mövsümünə hazırlığı da lazımi səviyyədə təşkil edilib. Hazırda rayonda olan bütün ümumtəhsil məktəbləri fərdi qazanxana sistemi ilə qızdırılır. Mövsüm ərzində ümumtəhsil müəsisələrində işin normal təşkil edilməsi məqsədilə Təhsil şöbəsində xüsusi komissiya yaradılıb.Komissiyanın üzvləri təhsil müəssisələrində mövsümə hazırlıqla əlaqədar yoxlamalar aparıb.Yoxlamalar zamanı təhsil müəssisələrində aşkar olunan nöqsanların bir qismi dərhal aradan qaldırılıb,  digər kəsir və nöqsanların oktyabr ayının 15-dək aradan qaldırılması üçün daxili imkanlardan və aidiyyatı təşkilatların gücündən istifadə olunmaqla həll edilməsi nəzərdə tutulub.

Görülən işlər onu göstərir ki, bu mövsümdə də rayonun pedaqoji kollektivləri heç bir çətinliklə üzləşmədən fəaliyyətlərini davam etdirəcəkdir.

                                                                                  “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: