“Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişikliklər ediləcək
Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, sənədə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təkmilləşdirmə xarakterli dəyişikliklər təklif olunub.