Ermənistan tərəfindən döyüşən muzdluların tutularaq Azərbaycana ekstradisiya edilməsində müəyyən problemlər olsa da, biz buna nail olacağıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
“Təəssüf ki, bəzi dövlətlər bununla bağlı kifayət qədər zəruri əməkdaşlıq göstərmir. Amma bilirsiniz ki, biz hətta Xocalı dövründən olan cinayətkarları İkinci Qarabağ müharibəsindən sonra tutub məsuliyyətə cəlb etmişik, onların real məhkəmə kürsüsündə oturmasını təmin etdik. Bu şəxslər də məsuliyyətə cəlb olunacaq.
Digər tərəfdən, başladığımız bu cinayət işlərindən beynəlxalq ədalət məhkəməsində, beynəlxalq instansiyalarda istifadə edirik. Əldə olunan sübutlarla biz Ermənistanın dövlət kimi siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu da sübut edirik, bu da çox vacibdir”, - deyə Kamran Əliyev bildirib.