Vayxır kəndində kompleks quruculuq işləri görülür - VİDEO
Muxtar respublikamızda həyata keçirilən tikinti və yenidənqurma işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon və kəndləri də öz görkəmini dəyişərək müasir yaşayış məntəqələri sırasına qovuşur. Bu istiqamətdə aparılan məqsədyönlü işlər Babək rayonunun Vayxır kəndində də davam etdirilir.
Naxçıvan televiziyasının əməkdaşları kənddə aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov