Şuşa ilə Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb

A- A A+

Erməni işğalından azad olunmuş Şuşa şəhəri ilə Türkiyənin Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: