Naxçıvan şəhərindəki Saat Meydanında “Xəmsə” oyunu keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər paytaxtı seçilməsi ilə əlaqədar oktyabrın 9-da Naxçıvan şəhərində yerləşən Saat Meydanında gənclər arasında fərdi “Xəmsə” İntellektual oyunu keçiriləcək. Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdır. Bundan başqa asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara gənclərin marağını gücləndirməkdir.

 Oyunun qaydaları:

-Oyun fərdi qaydada keçiriləcəkdir;

-Oyunda bir iştirakçı ən çox iki dəfə iştirak edə bilər;

-Oyunda iştirakçılar oyunlar başlamazdan əvvəl qeydiyyatdan keçməlidirlər;

-Hər oyunda 4 nəfər oyunçu iştirak edə bilər;

-Oyunda mövzular yalnız iştirakçılar kürsü arxasına keçdikdən sonra elan olunacaqdır;

-Oyun ərzində iki dəfə iştirak etmiş oyunçuların topladıqları xaldan ən yüksək olanı nəzərə alınacaqdır.

Mükafatlandırma:

Oyunda ən çox xal toplayaraq ilk beşliyə düşən oyunçular qalib sayılacaqlar. Qaliblər təşkilatçılar tərəfindən fəxri fərman və kitablarla mükafatlandırılacaqlar. Cavablandırılmayan suallar tamaşaçılardan soruşulacaq və ən çox suala düzgün cavab verən 5 nəfərə kitab hədiyyə olunacaqdır. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: