Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan isti qış geyimləri əsgərlərə göndərilib - FOTOLAR

A- A A+

Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan isti qış geyimləri Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə haqqı ödənilən ictimai işlərin təşkilinə diqqət artırılıb. Son illər bu sahədə əsas üstünlük hərbi qulluqçular üçün isti qış geyimlərinin toxunulması işinə verilir.

Vurğulanıb ki, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün isti qış geyimlərinin toxunması işinin davam etdirilməsi ilə bağlı tapşırıq verilib. Bu tapşırığın icrası ilə əlaqədar sözügedən kateqoriyadan olan qadınlar tərəfindən toxunan daha 1300 cüt yun corab, 1200 ədəd yun boyunluq, 1000 ədəd yun jilet  hərbi hissəyə təhvil verilib.

Əlahiddə Ümumqoşun Ordunun idarə rəisi, polkovnik Nazif Xəlilov bildirib ki, bu gün növbəti dəfə əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi xalq-ordu birliyinin təcəssümüdür.

Çıxışların ardından isti qış geyimləri hərbi hissələrə təhvil verilib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: