Naxçıvanda gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamına əsasən muxtar respublikada çağırış yaşına çatmış gənclərin hərbi xidmətə yola salınması münasibətilə mərasimlər keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, eləcə də xidmətin Kəngərli, Şahbuz və Sədərək rayon şöbələrində çağırışçıların yola salınması mərasimləri keçirilib.

Mərasimlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli, Şahbuz və Sədərək rayon şöbələrinin rəisləri şanlı Zəfər tariximiz olan 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı parlaq qələbədən bəhs ediblər. Bildirilib ki, bu gün rəşadətli hərbi qulluqçularımız döyüş meydanında fədakarlıqları, igidlik və şücaətləri ilə Azərbaycan gənclərinin yenilməzliyini, mübarizliyini, qorxmazlığını, Vətənə, dövlətə və Ali Baş Komandana sadiqliyini, yeri gələrsə müqəddəs torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlməklə sübut etdilər.

Çıxış edənlər bu gün hərbi xidmətə yola salınan gənc çağırışçıların da qalib Azərbaycan Ordusunun sıralarında sədaqətlə xidmət edərək sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına əminliklərini bildirib, bu çətin və bir o qədər də şərəfli yolda gənclərə uğurlar arzulayıblar.

Gənc çağırışçılar şərəfli Azərbaycan əsgəri adını daşıyacaqlarından fəxarət hissi keçirdiklərini bildirib, hərbi xidməti ləyaqətlə yerinə yetirəcəklərinə, torpaqlarımızı mərdliklə qoruyacaqlarına söz veriblər.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: