Naxçıvanda 7-ci "Arıçılıq məhsulları-bal" festivalı keçirilir - YENİLƏNİB - VİDEO

A- A A+

Arıçılıq gəlirli təsərrüfat sahələrindən biridir. Naxçıvan torpağı da bu gəlirli sahənin inkişafına geniş imkanlar açır. Buna görədir ki, hər il arıçı sahibkarların və arı ailələrinin sayı artır. Nəticədə məhsul bolluğu yaranır. Təsərrüfatçılar isə məhsullarını yarmarka, bazar və hər il keçirilən festivallara çıxarırlar. Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Arıçılıq məhsulları-bal” festivalı təşkil olunub.

Festivalda Naxçıvanın zəngin bitki örtüyündən ətir alan, min bir dərdin dərmanı bal və çeşid-çeşid digər arıçılıq məhsulları satışa çıxarılıb. 

Naxçıvan televiziyasının əməkdaşları festivaldan videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: