Çağırışçılar hərbi xidmətə yola salınıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur, Ordubad və Culfa rayonlarında çağırışçıların hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan Müstəqilliyin Bərpası Gününü böyük qələbə əzmi ilə qeyd edir. Bu qələbəni bizə bəxş edən müzəffər Azərbaycan ordusu dünyada gücü, qüdrəti ilə tanınır. Bu gün gənclərimiz şanlı tarix yazan Müzəffər Azərbaycan Ordusunda xidmətə yola salınırlar.

Qeyd olunub ki, Silahlı Qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı istiqamətində ardıcıl tədbirlər görülür, bütün hərbi hissələrdə infrastruktur yenilənib, maddi-texniki baza təkmilləşdirilib. Elə bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində 30 ildən sonra əzəli torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin komandanlığı, xalqımızın birliyi və rəşadətli ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı bahasına işğaldan azad olundu, düşmənə layiqli cavab verildi. 

Çıxış edənlər vətəni müdafiə etmək kimi şərəfli yolda gənclərə uğurlar arzulayıblar.

Çağırışçılar adından çıxış edənlər vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarına vaxtında və dəqiq əməl edəcəklərinə söz veriblər.                              

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 31-dək davam edəcək.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: