Naxçıvanda gənclər ordu sıralarına yola salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və Babək rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.  

Mərasimlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənc çağırışçıları qalib ordunun əsgəri adını qazanmaları münasibətilə təbrik ediblər.

Qeyd ediblər ki, Ordumuzun parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasından olan Vətən övladları da mətanətlə iştirak edib. Ali Baş Komandanın uğurlu siyasəti və Ordumuzun rəşadəti nəticəsində az müddət ərzində - cəmi 44 günə mənfur düşmənin ordusu darmadağın edildi, tarixi torpaqlarımız işğaldan azad olundu. Bu tarix hər bir gəncin yaddaşında daim qalmalı, Vətən övladlarının keçdikləri döyüş yolu hər bir əsgərimizə örnək olmalıdır. Ordu sıralarına yollanan gənclər xidməti dövrdə hər an döyüşə hazır, vətənə sədaqətli, ayıq-sayıq dayanmalı, əmrləri və tapşırıqları sözsüz yerinə yetirməlidirlər.      

Çağırışçılar çıxış edərək Azərbaycan əsgəri şərəfli adını daşıyacaqlarından qürurlandıqlarını dilə gətiriblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: