Muxtar respublikada 49 soyuducu anbara məhsul tədarükü davam etdirilir - FOTOLAR

A- A A+

Aqrar sektorun inkişafına xidmət edən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Bu anbarlar bir tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verirsə, digər tərəfdən meyvə-tərəvəz məhsullarının yetişdirilməsinə marağı artırır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda muxtar respublikada 49 soyuducu anbar var. Anbarlara bu günədək 9 min tondan artıq məhsul tədarük olunub.

Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunması, payız-qış mövsümündə ərzaq bolluğunun yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin qarşısına bir sıra tapşırıqlar qoyulub. Tapşırıqlara əsasən, İqtisadiyyat Nazirliyi Dövlət Ehtiyatları Agentliyi ilə birgə payız-qış aylarında dayanıqlı ərzaq təminatının həyata keçirilməsi üçün tədbirlər görməli, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsulları soyuducu anbarlara tədarük olunaraq xüsusi texnoloji rejimdə saxlanılmalı və qiymətlərə nəzarət olunmalıdır.

Qeyd edək ki, anbarlara tədarük olunan soğanın qəbuluna avqustun sonu, almanın qəbuluna isə sentyabrın ortasından başlanılıb. Hələlik 1200 tondan artıq soğan, 400 tondan artıq alma tədarük olunub.

Dövlət Ehtiyatları Agentliyinin soyuducu anbarlarına tədarük olunan məhsulların digər anbarlarla fərqi ondadır ki, burada məhsulun dəyəri sahibkarlara nağd pulla ödənilməklə həyata keçirilir. Digər anbarlarda isə bu proses ya qarşılıqlı saxlama müqaviləsi əsasında, ya da alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: