Naxçıvanın dağlıq bölgələrinə ilk qar yağıb - VİDEO
Ölkə ərazisində olduğu kimi muxtar respublikada da qeyri-sabit hava şəraiti hökm sürür. Bəzi dağlıq bölgələrə ilk qar yağıb. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Şahbuz rayonu ərazisində yerləşən Batabat yaylağı ağ örpəyə bürünüb.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.