Hava dəyişkənliyi immunitetin aşağı düşməsinə və xəstəliyə səbəb olur

A- A A+

Hava şəraitinin kəskin olub–olmamasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. İnsanlar bu vəziyyətə çətin adaptasiya olunduğu üçün hava dəyişkənliyinin mənfi təsirinə məruz qalırlar. Həkimlərin dediyinə görə, immun sistemi patoloji amillərə adekvat reaksiya verə bilmir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Mövsüm keçidləri və fəsil dəyişkənliyi zamanı immunitet aşağı düşdüyü üçün tez-tez xəstəliklərə yoluxma riski artır. Bəzən normal fəsil keçidləri vaxtı dəyişikliklərin orqanizmə təsirindən qorunmaq üçün qidalanmaya fikir vermək, vitaminlər və mikroelementlərlə zəngin məhsullarla qidalanmaq lazımdır. Stresdən uzaq durmaq, idmanla məşğul olmaq və immuniteti yüksəltməklə mövsüm keçidləri zamanı orqanizmə mənfi təsirlərin qarşısını almaq olar”.

Dəyişkən hava xüsusən astma xəstəliyi və allergiyası olanlarda müəyyən problemlərə səbəb olur. İstənilən halda mülayim hava yaxşı əhvali-ruhiyyə yaradır. Küləkli, yağışlı və dumanlı hava əsasən meteohəssas insanlara mənfi təsir edir. Xroniki xəstəliyi, ürək-qan dövranı pozuntusu, yüksək qan təzyiqi, fiziki və əqli qüsuru olanlar və şəkərli diabet xəstələri meteohəssas insanlar qrupuna aiddir. Onlar fəsil dəyişikliyi dövrü, xüsusilə dəyişkən hava şəraiti zamanı narahatlıq keçirirlər.

Hava dəyişmələrinə adaptasiya müddəti hər kəsdə fərqlidir. Fəsil və iqlim dəyişikliyi insan orqanizminin öyrəşə bilmədiyi prosesdir və bədənin asayişini pozur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: