Oktyabrın 23-də Azərbaycanda COVID-19 əleyhinə 545 doza vaksin vurulub

A- A A+

Oktyabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 545 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 225, ikinci doza vaksinlərin sayı 94, üç və daha çox doza vaksinlərin sayı 186, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 40-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 907 min 98, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 608, ikinci mərhələ üzrə 4 milyon 870 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 37, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 736-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: