ANAMA: Tərtərdə minaya düşən şəxsin hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib

A- A A+

Oktyabrın 23-də Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: