Respublikanın əksər bölgələrində oktyabr ayının ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2-3º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 18,3º, Naxçıvanda 16,2º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 17-19º, Gəncə-Goranboyda 16-18º, Şəki-Zaqatalada 15-19º, Dağlıq Şirvan bölgəsində və Qubada 13-15º, Lənkəran-Astarada 14-19 º, Tovuz-Qazaxda 10-16º qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəydə 4º, Qubada 6º, İsmayıllıda 7º, Tovuz, Ceyrançöl və Şamaxıda 9º, Gəncə, Zərdab və Zaqatalada 10º, Cəfərxan, Şəki və Maştağada 11º, Bərdə, Lənkəran və Göyçayda 13º müşahidə edilib.