Sosial könüllülərdən tənha ahıllara dəstək - FOTOLAR
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə, o cümlədən tənha ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlər çərçivəsində sosial könüllülər Culfa rayonu ərazisində sosial xidmətə cəlb edilən tənha ahıllara baş çəkiblər. Gənc könüllülər tənha ahıllara məişət işlərində köməklik göstəriblər. Həmçinin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq verilən mövsümi avadanlıqları və qızdırıcıları quraşdırıblar.
Xosrov İbrahimov