Azərbaycanda bu günə qədər 14 milyon dozaya yaxın vaksin vurulub

A- A A+

Oktyabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində vurulan üç və daha çox doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 907 min 99, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 608, ikinci mərhələ üzrə 4 milyon 870 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 38, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 736-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: