Daşkənddə MDB-nin iştirakçısı olan dövlətlərin bitki karantini üzrə Koordinasiya şurasının iclası keçirilib

A- A A+

Daşkənddə MDB-nin iştirakçısı olan dövlətlərin bitki karantini üzrə Koordinasiya Şurasının XI iclası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, iclasda kənd təsərrüfatı mallarının hərəkətetmə prosedurlarının sadələşdirilməsi, fitosanitar nəzarətdə milli orqanlar tərəfindən istifadə edilən informasiya sistemlərinin inteqrasiyası, bitki karantini sahəsində MDB-nin müqavilə-hüquq bazasının inkişafı məsələlərinə baxılıb, qarşılıqlı ticarətdə karantin obyektlərinin aşkar edilməsi və identifikasiyası üzrə metodikaların tanınması sahəsində Koordinasiya Şurasının qarşıda duran işi və digər aktual məsələlər müzakirə olunub.

Şuranın üzvləri bitki karantini sahəsində Laboratoriyalararası tutuşdurulan sınaqların keçirilməsi haqqında Əsasnaməni təsdiq ediblər ki, o, MDB-nin iştirakçısı olan dövlətlərdə bitkilərin müdafiəsi və karantini üzrə milli təşkilatların laboratoriyaları üçün qeyd edilən sınaqların keçirilməsi qaydasını müəyyən edir. Laboratoriyalararası tutuşdurulan sınaqların koordinatoru – Ümumrusiya Bitki Karantini Mərkəzidir.

İclasın yekunlarına görə Şuranın katibliyinə nail olunmuş razılaşmaların icrasına dair əlaqələndirilmiş işin təmin edilməsi tapşırılıb.

Şuranın növbəti iclasının 2023-cü ilin ikinci yarısında Minsk şəhərində keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: