Növbəti interaktiv dərs Babək rayonunun 40 illiyinə həsr olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində növbəti interaktiv dərs Babək rayonunun təşkil olunmasının 40 illiyinə həsr olunub. Dərsi 200-dən artıq ümumtəhsil məktəbinin şagirdi izləyib.
“Babək rayonu 40: Tarixi və sosial iqtisadi inkişafı” mövzusundakı dərsi tarix üzrə fələsfə doktoru, dosent Asəf Orucov aparıb. O, rayonun qədim arxeoloji abidələrindən olan Kültəpə, Nəhəcir, Meydantəpə yaşayış məskənləri, tarix-memarlıq abidələri, təbiəti, əhalisi haqda məlumatları şagirdlərin diqqətinə çatdırıb. Həmçinin rayonun sənaye, sosial infrastruktur və nəqliyyat, kənd təsərrüfatı sahələrindəki əldə olunan nailiyyətlər barədə məlumatlar da verilib.
Röyal Kərimov