Yeni Qanunda mineral sularla bağlı bir sıra yeniliklər nəzərdə tutulub

A- A A+

Yeni Qanuna əsasən, qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına, eyni zamanda müxtəlif xəstəlik adlarının hallanmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib. Bildirib ki, Qanun dərc olunduğu gündən 1 il sonra təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək.

Qoşqar Təhməzli qeyd edib ki, təbii mineral sular üzərində mineral tərkibi ilə bağlı məlumatların göstərilməsinə nəzarət gücləndiriləcək. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hədlərdən artıq olduqda, həmin mineral tərkibli məlumatlar əks olunmaqla məhsulların idxalı, istehsalı mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: