"Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri" mövzusunda tədbir keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri" mövzusunda tədbir  keçirilib.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində keçirilən tədbirdə İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Səhiyyə Nazirliyinin, onun tabeliyində olan müəssisələrinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.  

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov çıxış edərək muxtar respublikada əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və görülən işlər barədə  danışıblar.

Müvəkkil aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vahidə Bayramova "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - məhkəmədənkənar müdafiə mexanizmi kimi" mövzusunda, İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov "Əhalinin sağlamlığının qorunması və qanunvericiliyin tələbləri" mövzusunda çıxış ediblər.  

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sektor müdiri Kəmalə Həsənovanın "Son illərdə səhiyyədə olan yeniliklər" və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Elnur İbrahimovun “İcbari tibbi sığortanın əhalinin sağlamlığnın qorunmasında rolu” mövzularında çıxışları dinlənilib. 

Xosrov İbrahimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: