Kimya müəllimliyindən zərgərlik sənətinə ilk addımlar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan istedadlı tələbə Nuray Əzimovanın əl işləri sərgisi keçirilib.

Sərgidə iştirak edən rektor Elbrus İsayev son dövrlər universitetdə əl işləri sahəsində gördüyü işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açıb. İncəsənət fakültəsi tələbələrinin əl işləri sərgisini xatırladan rektor bu əsərlərin nəinki istehsalı və sərgisinə, hətta hazırlanan məhsulların satışının təşkil olunmasına köməklik göstərildiyini də vurğulayıb. Rəngarəngliyi ilə seçilən əl işlərini izləyən rektor tələbələrin yaradıcı işlərə maraq göstərməsini yüksək qiymətləndirib.

Fakültədə davamlı əl işləri sərgisinin nümayişinin faydalılığını vurğulayan Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov bu əsərlərin həm ənənəvi, həm də onlayn yolla satışının təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nuray Əzimova bu əsərləri ev şəraitində böyük əmək hesabına ərsəyə gətirir və kimya sahəsindəki bilgilərinin bu zəhmətli işdə ona böyük köməyi olub.

Müəllif Nuray Əzimova ailəsinə maddi kömək məqsədilə başladığı yaradıcı işində universitet həyatının və müəllimlərinin mənəvi dəstəyini xüsusi vurğulayıb. O, istifadə etdiyi daşların mifoloji mənaları oluğunu bildirərək onların hər biri barədə ətraflı məlumat verib.

Elnarə İslamlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: