Gənclər şəhid ailələri ilə görüşüblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, nazirliyin, Gənclər Fondunun, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Şərur rayonunun Danyeri və Xanlıqlar kəndlərində yaşayan şəhid ailələrini ziyarət edib. Şəhid Babayev Əli Həsən oğlu, Məmmədov Elşən Əziz oğlu, Məmmədov Ayxan Rəfail oğlu, Seyidov Raman Mirsalam oğlu və Əliyev Lətif Oruc oğlunun ailə üzvləri ilə görüşən gənclər onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumat alıblar.

Görüşlər zamanı gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə belə görüşlərin xüsusi əhəmiyyət daşıdığını bildirib, şücaətli, cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Bu cür görüşlər bundan sonra da davam etdiriləcək.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: