Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, oktyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 3246,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.