Abadlaşan Unus və Pəzməri kəndlərində əhalinin rahat yaşayışı təmin edilib, turizm imkanları genişləndirilib - VİDEO
Muxtar respublikada aparılan infrastruktur layihələri nəticəsində kəndlə şəhər arasındakı fərq aradan qalxır. Şəhərləşən kəndlərimizdə isə əhalinin həyat səviyyəsi daha da yüksəlir. Ordubadın Unus və Pəzməri kəndləri də görülən bu işlərdən öz payını alaraq müasir yaşayış məntəqəsinə çevrilib. Aparılan kompleks quruculuq işləri əhalinin rahat yaşayışını təmin etməklə yanaşı, bu kəndlərin turizm imkanlarına da mühüm töhfə verib.
Naxçıvan televiziyasının əməkdaşları hər iki kəndlə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Orxan Əzimov